5 Temmuz 2016 Salı

Giriş

Giriş

Başqa insanlardan fərqli göünmək və onlardan seçilmək əksər insanlarda həyəcan yaradır. Tarix boyunca demək olar ki, hər cəmiyyətdə həyat tərzləri, geyimləri, saç düzümü yaxud fərqli çıxışları ilə "seçilməyə", diqqətləri öz üzərində toplamağa çalışan insanlar və cərəyanlar olmuşdur. Bu insanlar və cərəyanlar cəmiyyətin həm təzyiqini, həm də maraqlarını özlərinə yönəltməyi bacarmışlar.
Son illərdə də Qərb cəmiyyətlərində qeyri-ənənəvi və cəmiyyətdən kənar həyat tərzləri ilə diqqəti özlərinə cəlb edən yeni bir cərəyan görünür. Bu cərəyan Şərq mədəniyyətindan, fəlsəfəsindən və inanclarından istifadə edərək diqqəti öz üzərinə çəkmək istəyən insanlardan təşkil olunmuşdur. Bu cərəyanın yararlandığı Şərq fəlsəfi sistemlərinin başında isə buddizm gəlir.
budist mekan
Nepal, Katmandu'da bulunan bu Budist tapınağının dört yüzünde yer alan göz çizimleri, Buda'nın, sözde her an herşeyi gördüğünü sembolize eder. Batıl Budist inanışın temelinde Buda'nın üstün güçlere sahip bir put olarak görülmesi yatmaktadır. Sağda, Burma, Rangoon'daki Shwedagon Tapınağı.
Dünya miqyasında, xüsusilə də Amerika və Avropada bəzi insanlarda buddizmə qarşı bir maraq müşahidə olunur. Bu marağın ən mühüm səbəblərindən biri bu batil inancın insanlara sirli, mistik və heyrətamiz xüsusiyyətlərə malik olması fikrinin aşılanmasıdır. Buddizmi qəbul edən insanlar da əsasən bu fəlsəfəyə inandıqlarına və ya onu məntiqli qəbul etdiklərinə görə deyil, qeyd etdiyimiz mistik ab-havadan təsirləndikləri üçün seçirlər. Çünki bu batil inanc onlara gündəlik həyat tərzlərindən, həyatları boyu qarşılaşdıqları başqa fəlsəfələrdən çox fərqli və çaşdırıcı formada təqdim edilir. Məsələn, buddizmin ortaya çıxması insanlara əfsanəvi bir nağıl kimi çatdırılır. Buddizmdən bəhs edən kitablarda və ya filmlərdə Budda nəhəng sirr mənbəyi kimi göstərilir. Həmçinin buddist rahiblərin həyatı da qərbli insanlara sirlərlə dolu, dolayısı ilə diqqətçəkici olaraq tanıdılır. Bu insanların qəribə geyimləri, qırxılmış saçları, ibadət formaları, mərasimləri, yaşadıqları yerlər, yoqa və meditasiya kimi qəribə hərəkətləri insanları heyrətə salır, onların diqqətini cəlb edir.
budist heykel
Nepalli Budistlere ait, sözde bilgeliği ve beceriyi temsil eden bir heykel.
Buna görə də cəmiyyətdə "başqa insanlardan fərqli" şəkildə tanınmaq və özünə "sirli insan" imici vermək istəyən insanlar üçün buddizm əhəmiyyətli bir vasitəyə çevrilir. Məsələn, adi həyat tərzi sürən bir insan bir gün saçını dibindən qırxdırıb buddist paltarları ilə gəzməyə və ətrafındakı insanlara o günə qədər işlətmədiyi mistik sözlərlə buddizm təlimindən bəhs etməyə başlayarsa, təbii olaraq diqqəti özünə cəlb edəcək və "orijinal bir insan" kimi görünəcək.
Buddizmi qəbul edən məşhur insanlar da eyni məqsədi güdürlər. Diqqəti özünə cəlb etmək, bəlkə də daha çox tanınmaq, başqa insanlardan fərqli olduqlarını vurğulamaq üçün Tibetdə buddistlərə xas geyimlərdə bəyanatlar verirlər. Buddist rahiblərlə birlikdə onların müqəddəs məbədləri sayılan yerləri ziyarət edir və həmçinin bu batil dinin təbliğatını aparırlar. Ola bilər ki, siz də bu günə qədər buddizm haqqında çox şey oxumuş, kütləvi informasiya vasitələri ilə ümumi məlumatlar əldə etmisiniz. Biz isə bu kitabda buddizmin batil bir fəlsəfə olduğunu Quran ayələri işığında incələyəcək və insanların bu batil dinin naqis yönlərini aydın şəkildə görməsini təmin edəcəyik.
Buddizmin meydana çıxmasını, yazılı mənbələrini, ümumi inanclarını, ibadət formalarını və qeyd edilən dinin qurucusu Buddanın həyatını Quran ayələri ilə dəyərləndirəndə bu fəlsəfənin əsasının çox batil təlimlər üzərində qurulduğunu, onun insanın ağlına və məntiqinə zidd olan qəribə ibadətlər olduğunu, insanları daşdan, torpaqdan düzəldilən bütlərə ibadət etməyə yönəltdiyini görürük. Ağıla və məntiqə uyğun gəlməyən bir inanc olan buddizm qəbul edildiyi ölkələrin bütpərəst anlayışı ilə, adət-ənənələri ilə də qarışmış, xurafatlarla və azğın düşüncələrlə bütünləşərək tam mənası ilə inkarçı bir fəlsəfəyə çevrilmişdir. Buddizm Brahma dini ilə, hindiuzmlə, sintoizmlə və digər Şərq dinləri ilə qaynayıb-qarışmağa başladıqca daha da qaranlıq hala gəlmişdir. Uzaq Şərqin sirli görüntüsündən təsirlənərək ona inanmadıqları halda yalnız diqqəti özünə cəlb etmək məqsədi ilə bu batil dini qəbul edən insanlar yaddan çıxarmamalıdır ki, buddizm özündə əslində insanı Allahı inkar etməyə, əllə düzəldilən bütləri Ona şərik qoşmağa və batil bir həyat sürməyə qədər aparan azğın təlimləri ehtiva edir. Buddizmin məntiq yönlərini görmədiyindən gəlib sadəcə bir maraq naminə bu dini qəbul etmək insanı çox böyük itkilərə sürükləyir.
Buddizmin təbliğatı ilə məşğul olanların istifadə etdiyi üsullardan biri də onların bu batil inancı insanlara bir qurtuluş yolu olaraq təqdim etməsidir. Buddizmin içində yaşadıqları materialist cəmiyyətdən, bu cəmiyyətdəki mərhəmətsiz və davakar mədəniyyətdən, qəddarlıqdan, sıxıntılardan, xaosdan, mənasız mübarizələrdən, rəqabətdən, eqoizmdən və yalançılıqdan qaçan insanlara sülh, əmin-amanlıq, xoş münasibət və səadətlə dolu bir həyat yolu olaraq göstərilməsinə cəhd edilir. Halbuki buddizm zənn edildiyi kimi insanlara xoşbəxtlik gətirən bir inanc deyil. Tam əksinə, buddizm öz içinə qapılan insanları böyük bir bədbinliyə aparır. Bu insanlar aldıqları təhsilə, malik olduqları müasir dünyagörüşünə baxmayaraq əllərindəki qablarla dilənçiliyi məqbul sayan, insanların siçanlara və ya inəklərə çevriləcəyi axmaqlığına inanan, daşlardan düzəldilmiş bütlərdən kömək istəyən insanlara çevrilirlər. Buddizmin batil inancları bu insanlara qarşı ciddi psixi təxribatlar törədir. Buddizmin geniş yayıldığı ölkələr və ya Buddist rahiblərin çox yaşadığı yerlər tədqiq ediləndə həmin yerlərdə bədbinliyin və sıxıntıların hökm sürdüyünə şahid olmaq mümkündür. Bunun əsas səbəblərindən biri buddizmin insanlara təlqin etdiyi miskinlik və tənbəllikdir. Axirət inancının olmadığı buddizmdə insanlar daha yaxşı olmağa, özlərini inkişaf etdirməyə, ətraflarını gözəlləşdirməyə, mədəni olaraq qabağa getməyə həvəsləndirilmir. İslam isə insanların həmişə daha gözələ, daha yaxşıya doğru getməsini istəyir. İslamda dinamizm hakimdir. İslam əxlaqı insanların araşdırıb öyrənməsini, özlərini kamilləşdirməsini, ətrafdakılara xeyir verən insanlar olmasını lazım bilir.
"Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir.
Elə isə yalnız Mənə ibadət edin."
(Ənkəbut Suresi, 56)
manzara
Bu, aydın bir həqiqətdir ki, insanların dünya üzərindəki həqiqi səadət və xoşbəxtliyə qovuşmasının, hər cür pislikdən, qəddarlıqdan, bədbinlikdən və sıxıntıdan azad olmasının yeganə çarəsi Yaradanımız olan Allaha təslim olmaq, Onun razı olacağı kimi bir həyat yaşamaqdır. Yerlərin və göylərin yeganə sahibi olan Rəbbimiz bütün insanların qurtuluş yolunun hidayət rəhbəri olaraq göndərdiyi Qurana sarılmaq olduğunu bildirmişdir. Allah "İbrahim" surəsində belə buyurur: "Bu elə bir kitabdır ki, onu sənə insanları onların öz Rəbbinin izni ilə zülmətlərdən nura - yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxarmaq üçün nazil etmişik" ("İbrahim" surəsi, 1). Buddizm kimi bütpərəst dinlərə inananlar bilməlidir ki, "haqdan sonra ancaq zəlalət" var:
"O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?" ("Yunus" surəsi, 32).

Bütpərəst Bir Din: Buddizm

Bütpərəst Bir Din: Buddizm

meditasyon
Buda heykelleri, putperest bir inanca sahip Budistler için büyük önem taşımaktadır. Sapkın Budist inancı, insanları, bu heykellerin kendilerine fayda sağlayabileceği gibi son derece mantık dışı fikirlere yöneltir.
Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindistanın cənub-şərqində ortaya çıxıb. Zaman ötdükcə Şri-Lanka, Monqolustan, Seylon, Mancuriya, Koreya, Yaponiya, Tibet, Çin, Tailand və Nepal kimi ölkələrdə təsirli olub. Bu gün bütün dünyada təxminən 300 milyon buddistin (və buddizmə rəğbət bəsləyənin) olduğu güman edilir.
Buddizmi və buddist həyat anlayışına tərif vermək məsələsində fikirlər haçalanıb. Bəzilərinə görə, buddizm bir din olduğu halda digərləri onun məzhəb, təriqət və ya fəlsəfi cərəyan olduğunu söyləmişlər. Nəticədə buddizmin dünyagörüşlərini və bütün əməli tərəflərini nəzərə alaraq deyə bilərik ki, buddizm bütpərəst batil təlimdir. Buddizm Allah inancına sahib olmayan ateist bir dindir. O, axirətin, hesab gününün, cənnətin, cəhənnəmin və mələklərin varlığını rədd edir.
Buddizmin qurucusu Siddharta Qautama eramızdan əvvəl 563-483-cü illərdə Hindistanın Kapilavastu şəhərində yaşamışdır. Onun yaşadığı illərdə Hindistanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların dini olan brahmanizm idi. Ariyalılar keçilməsi heç vaxt mümkün olmayan möhkəm bir kasta sistemi tətbiq etmişdilər. Bu kasta sisteminə görə, cəmiyyət dörd qrupa ayrılmışdı. Hər qrup da öz daxilində bölünürdü. Brahman din adamları cəmiyyətin ən üst təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdilər.
Soylu Sakya ailəsinə mənsub olan Qautama Suudhodana adlı alicənab bir şahzadənin oğlu kimi doğulmuşdu. Gənclik illəri rifah və bolluq içində keçmişdi. 29 yaşında ikən saraydan ayrılan Qautama 80 yaşında ölənə qədər mistik axtarışlara başlamış və bəzi prinsipləri müəyyən etmişdi. Bu prinsiplər dövr keçdikcə təlimə çevrildi. Buddizm də bu təlimdən ibarətdir.
"Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram."
(Ğafir Suresi, 42)
"Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?"
(Maidə Suresi, 104)
budist mekanlar - heykeller
a) Kuzey Çin'deki 5. yüzyıldan kalma Yungang Mağaraları.
b) Lhasa Vadisi'ndeki Potala Sarayı Tibet'in en büyük binasıdır. Sarayda eski Dalai Lama'ların mezarları bulunmaktadır. Günümüz Budistleri bu sarayın önünde eğilir, garip saygı gösterilerinde bulunurlar. Bu gösteriler, Tibetli Budistlerin Dalai Lama'yı nasıl putlaştırdıklarını gözler önüne sermektedir.
c)Katmandu’daki bu heykel, budistlerin, sapık inanışları sonucu inşa ettikleri devasa heykellerden biridir.
d)Tibetli Budistlerin "Tibet'in koruyucusu" olarak isimlendirdikleri bir put. 11 başa ve birçok kola sahip olan bu put (Chenresig), putperest Tibet geleneklerine göre çeşitli sıfatlara sahiptir. Oysa akıl sahibi bir insanın taştan yapılmış bir heykeli güç ve kudret sahibi bir varlık zannetmesi, bu saçmalığa inanması mümkün değildir.
"Budda" kəlməsi "oyandırılmış" və ya "aydınlanmış" mənalarına gəlir. Bu da Siddharta Qautamanın çatdığı hesab edilən mənəvi dərəcəni ifadə edir. Buddadan günümüzə qədər gəlib çatan mətnlər isə onun yaşadığı dövrə aid deyil. Bu mətnlər onun ölümündən 300-400 il sonra yazılıb. Bu mətnlərdə kitabın sonrakı səhifələrində də görəcəyiniz kimi çoxlu batil inanc, ağıl və məntiqə zidd olan tətbiqatlar və Buddanı qarşısında səcdə edilən bir büt kimi göstərən batil açıqlamalar mövcuddur.
... Göylərin və yerin qeybi ancaq Ona məxsusdur.
O, necə gözəl görür, necə də yaxşı eşidir!
Onların Ondan başqa heç bir himayədarı yoxdur...
(Kəhf Suresi, 26)
Laos, Vientiane'deki Vat Ong Teu Tapınağı
Laos, Vientiane'deki Vat Ong Teu Tapınağı. Tapınağın içindeki enstitüde Budizmin putperest, insanları miskinliğe ve tembelliğe yönelten, iç karartıcı uygulama ve inançlarının yaygınlaştırılması için çalışmalar yapılmaktadır.

Buddanı Allaha şərik qoşanlar

Buddizm etiqad əsasları, fəlsəfəsi və praktiki tərəfləri ilə bütpərəst bir dindir. Buddizmdə insanlar Buddaya qarşı coşğulu bir sevgi, dərin ehtiram və qorxu hiss edirlər.
... kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. ....
(Muhəmməd Suresi, 3)
.... bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular."
(Əraf Suresi, 148)
budistler
Hindistan'ın Shravanbelagola bölgesinde bulunan Gomateshuwar heykeline dua eden ve bu taştan heykelden medet umma yanılgısına düşen Hindistanlı bir kadın.
Onu adətən bir tanrı olaraq qəbul edirlər. Buddanın yaşadığı dövrdə ona sitayiş edilməsini təşviq etdiyinə dair bir sənəd, məlumat olmasa da Buddanın ölümündən sonra bütpərəst brahmanlar ardıcıl şəkildə Budda heykəlləri düzəltməyə başlamışdılar. Buddaya qarşı həddindən artıq sevgi bəsləyənlər də zaman keçdikcə bu heykəllərə sitayiş edərək onu tanrılaşdırmışdı (Allahı bunlardan uzaq tuturuq). Halbuki Allahın vəhyinə əsaslanan bütün dinlər Allahı bir və tək olaraq tanıyır, tövhid inancını əsas kimi qəbul edirlər. Allah Quranda "Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin" deyə buyurur ("Həcc" surəsi, 34).
Amida Buda
Solda, Amida Buda, Budistlerin batıl inanışlarına göre sınırsız ışığı sembolize eden Buda'lardandır. Tek başına bu put dahi Budizmin ne kadar cahilce bir anlayış olduğunu anlamak için yeterlidir.
Sağda, Avalokiteshvara isimli Japon Budist heykel.
Buddistlər sayaq Allahı inkar edib hamımız kimi bir insan olan Buddanı bütləşdirmək Quranda "Allaha şərik qoşmaq" şəklində tərif edilir. Şirk isə Allahın yüzlərlə ayə ilə insanlara xatırlatdığı çox böyük bir günahdır. Allah ayədə belə buyurur:
"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48).
Şirk kəlməsinin mənası "şəriklik"dir. Bu ifadə Quranda Allaha şərik qoşmaq mənasında işlədilir. Şirk hər hansı bir şeyə, hər hansı bir adama ya da bir anlayışa Allahla bərabər və ya Allahdan daha çox dəyər vermək deməkdir. Müşrik şirk qoşduğu varlığı Allahdan üstün tutur. Bütün sevgisini, hörmətini, marağını, heyranlığını ona istiqamətləndirir. Bu yanlış qənaət Quranda "Allahdan başqa tanrı qəbul etmək" şəklində tərif edilir.
İslam dini tövhid inancı üzərində qurulub. Allah "Lə iləhə illəhu" ("Ondan başqa tanrı yoxdur") ifadəsini Quranda dəfələrlə təkrar etmiş və onu iman gətirməyin ilk şərti olaraq müəyyənləşdirmişdir. Buna görə də şirki ən ümumi mənada "Lə iləhə illəhu" həqiqətindən azmaq, Allahdan başqa "güc və qüdrət sahibləri" olduğu kimi yanlış bir anlayışa düşmək şəklində tərif edə bilərik. Rəbbimiz Quranda Özünü bizə əksər sifəti ilə tanıdır və Ondan başqa tanrı olmadığını bir çox ayədə bildirir. Allah üstün adlarını "Həşr" surəsində bu cür xəbər verir:
"O, Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmlidir, mərhəmətlidir! O, Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah Ona qoşduqlarından ucadır. O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət, hikmət sahibidir!" ("Həşr" surəsi, 22-24).
"Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər....
(Loğman Suresi, 21)
Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
(Tur Suresi, 43)
budistler
Allah sifətlərini insanların üzərində təcəlla etdirir. Məsələn, Allah sonsuz mərhəmət sahibidir, insanlarda "mərhəmət edən" sifəti təcəlla edər və Allahın sifətləri həmin insanlarda görünər. Ancaq bu insanlar öz səyləri ilə, özlüklərində bu xüsusiyyətlərə malik deyillər. Yaratmaq gücünə sahib olan və Allahın sifətlərinə özlüyündə sahib ola biləcək hər hansı bir varlıq yoxdur və bunu etmək "Allahdan başqa tanrılar qəbul etmək" mənasına gəlir. Buddistlər kimi Allaha şərik qoşan insanlar isə Allahın bəzi sifətlərini başqa varlıqlara ithaf edirlər. Məsələn, Allah "hər şeyi haqqı ilə görən, gizlinin gizlinini biləndir". İnsan gizli bir iş edərkən, gizlənərkən, ətrafında heç kim yoxdursa, heç bir insan tərəfindən görülmədiyini zənn edərkən Rəbbimiz onu görür, bütün etdiklərini bilir. Allah kainatdakı hər hadisəni ən incə təfərrüatına qədər görür və bilir. Bu olayların hamısını yaradan Allahdır. Allah bir ayədə: "Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), hər şeydən xəbərdardır!" buyurur ("Ənam" surəsi, 103).
İnsan harada olursa-olsun Allah mütləq onunla birlikdədir. Hazırda da Allah sizin bu sətirləri oxuduğunuzu görür və nələri fikirləşdiyinizi bilir. Allah insanları hər yerdə gördüyünü belə xəbər verir:
"Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Yunus" surəsi, 61).
"Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!" ("Hədid" surəsi, 4).
"Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!"
(Ta ha Suresi, 89)
"Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı?..."
(Rum Suresi, 40)
budistler
Budistlerin hayatı çeşitli batıl ritüellerle doludur. Örneğin Tibet'teki Yeni Yıl Festivali'nde Budistler, üzerinde dua metinlerinin yazıldığı örtüleri ağaçlara asıp, havaya konfetiler atarlar.
Buddistlərin bütpərəst anlayışları isə bir çox məsələdə olduğu kimi bu məqamda da ortaya çıxır. Buddistlər Buddanı "hər şeyi görən" və "hər şeyi bilən" kimi qəbul edir. Buddizmin hakim olduğu ölkələrin dörd bir tərəfində nəzərə çarpan Budda heykəllərinə, məbədlərin üzərinə yerləşdirilən Buddanın gözləri həmişə bu azğın anlayışı ifadə edir. Buddistlər hər an Buddanın onları gördüyünü düşünür, buna görə də evlərini Buddanın heykəlləri ilə doldurur və onların qarşısında hörmətlə əyilirlər. Buddanın daşdan, taxtadan düzəldilmiş gözləri ilə onları görəcəyinə, taxtadan hazırlanmış qulaqları ilə onları eşidəcəyinə inanaraq həm çox böyük bir günah işlədir, həm də məntiqə zidd hərəkət edirlər.
... De: “Mənə Allaha ibadət etmək və
Ona şərik qoşmamaq əmr edilmişdir....”
(Rad Suresi, 36)
orman
Allah müşrik qövmlərin bu böyük aldanışını və özlərinə tanrı qəbul etdikləri varlıqların gücünün heç nəyə çatmayacağını bizə "Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?!" ("Əraf" surəsi, 195) ayəsində bildirir.
budistlerin yeni yıl töreni
Tibet'teki Nechung Manastırı'nda Budistlerin Yeni Yıl Festivali, son derece batıl ve akıldışı ibadetlerle kutlanır.
Unutmaq olmaz ki, şirk ancaq maddi bütlərə sitayiş etməkdən də ibarət deyil. Bir insanı Allahın ona bu dünyada müvəqqəti olaraq və imtahan məqsədi ilə verdiyi imkanlara görə gözündə böyütmək, bu gücü ona aid imiş kimi, ondan qaynaqlanmış kimi görmək də onu tanrılaşdırmaq mənasına gəlir. Həmçinin Allah bir ayəsində belə buyurur:
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər" ("Bəqərə" surəsi, 165).
Budda da Allahın yaratdığı və dünyada imtahana çəkdiyi aciz bir dindir. Onun şəxsinə aid bir gücü, iradəsi, insanlara təsir etmək qabiliyyəti yox idi. Allahın istəyi ilə danışa bilmiş, Allahın həyat bəxş etməsi ilə və Onun müəyyən etdiyi taleyə görə yaşamışdır. Allahın "Şuara" surəsində xəbər verdiyi Hz.İbrahimin duası insanın Allahın mütləq qüdrəti qarşısındakı acizliyini çox gözəl şəkildə ifadə edir:
"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra yenidən dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuara" surəsi, 78-82).
Budda da Allahın müəyyən etdiyi bir taleyə uyğun yaşamış və Allahın "ol" deməsi ilə əcəli gəlib çatanda vəfat etmişdir. Heç vaxt yaddan çıxarılmamalıdır ki, Allah istəməsə, bir insanın iman gətirməsi mümkün deyil. Hidayəti verən Allahdır. Yenə Allah istəməsə, heç bir insanın başqa insanları doğru yola sövq etməsi də mümkün deyil. İnsanları doğru və gözəl olana yönəldən də Allahdır. Edilən dəvətlər, aparılan təbliğatlar insanların ürəyinə ancaq Allahın bunu istəməsi ilə təsir edir. Həqiqətdə böyük qəbul edilməsi, heyran olunması, kömək istənilməsi lazım gələn yeganə mütləq güc Allahdır. Allah bu həqiqəti Quranda belə xəbər verir:
"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!" ("Həcc" surəsi, 74).
"De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”."
(Ənkəbut Suresi, 52)
Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.
(Casiye Suresi, 27)
tayland'da budist tapınağıbudist
Allah Quranda bütlərə sitayiş edən bir çox xalqın nümunəsini verir. Hz.İbrahimin müşrik xalqı da bunlardan biridir. Onlar da insanabənzər heykəllər yonub bunlara ibadət etmiş, nəsihətlərə qulaq asmamışdılar. Rəbbimiz ayələrdə belə buyurur:
"Atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" dediyi zaman onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" deyə cavab vermişdilər" ("Ənbiya" surəsi, 52-53).
Ayələrdən də aydın olduğu kimi, bu cür sitayişlər insanlara atalarından miras qalmışdır. Dolayısı ilə bütə sitayiş etmək həqiqətdə nə qədər məntiqsiz bir hərəkət olsa da uşaqlıq yaşlarından qəbul edilən və öyrədilən təlimlər nəticəsində ən müasir cəmiyyətlərdə də yadırğanmayan sosial bir davranış tərzi olur.
Allah Quranda Səba xalqının da eynilə Hz.İbrahimin xalqı kimi bütpərəst olduğunu bildirir:
"Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxaran, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə belə etmişdilər" ("Nəml" surəsi, 24-25).
... Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. ...
(Hud Suresi, 109)
puta tapanlar
Laos'taki Vat Si Saket manastırında 300 tane farklı Buda figürü bulunmaktadır. Ahiret inancı olmayan sapkın Budist inançlarına sahip kişiler, Buda'yı açık bir şekilde putlaştırmışlardır. Göklerin ve yerin Yaratıcısı olan Allah'ı unutup kendine bile fayda sağlamaya güç yetiremeyecek bir insana dua etmeye, onun heykellerinden medet ummaya yönelmişlerdir.
Bu ayələrdə diqqətimizi çəkən başqa mühüm bir məsələ isə bu bütpərəst dini insanlara bər-bəzəkli göstərənin, doğru yoldan uzaqlaşdıranın şeytan olmasıdır. Yəni Allahın vəhyinə qarşı gələn bütün bütpərəst dinlər həqiqətdə şeytanın vəhyinə əsaslanır. Şeytan isə bunu insanlar "Allaha səcdə etməsinlər deyə" edir. Yoxsa şeytan da Günəşin sitayiş edilməli olan bir tanrı olmadığını, bütün kainat kimi Günəşin də Yaradanının Allah olduğunu bilir. Allahın Quranda bütpərəstliklə bağlı verdiyi nümunələrdən biri də İsrail oğulları ilə əlaqədardır. Hz.Musa ilə birlikdə fironun xalqından qurtulan İsrail oğulları səyahət əsnasında bütə ibadət edən bir xalqla qarşılaşmış və Musa peyğəmbərdən onlara da belə bir büt düzəltməsini xahiş etmişdilər. Allah bu hadisəni Quranda belə xəbər verir:
"Biz İsrail oğullarını dənizdən keçirdik, sonra onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" Musa belə cavab verdi: "Siz doğrudan da cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("Əraf" surəsi, 138-139).
"Həqiqətən, sizin məbudunuz Təkdir!"
(Saffat Suresi, 4)
budistler
Aydın olduğu kimi, İsrail oğulları cahil kimi hərəkət edib gözləri ilə gördükləri, qarşısında əyiləcəkləri, bəlkə də dəbdəbəli mərasimlər təşkil edəcəkləri bir tanrı istəyirlər. Bu vəziyyət onların Allahın ucalığını dərk edə bilməməsinin və başa düşməməsinin bir göstəricisidir. Hz.Musa onlara həqiqəti açıqladığı halda peyğəmbərləri yanlarından ayrılan kimi tələsik özlərinə bütlər düzəltmişdilər. Bu, çox böyük azğınlıqdır. Həmçinin onların bundan dərhal peşman olduqlarını Allah Quranda belə xəbər vermişdir:
"(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Bununla belə ona tapınıb özlərinə zülm eləyən oldular. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!" ("Əraf" surəsi, 148-149).
Ancaq Allahın buzovu tanrı kimi qəbul edənlərə cavabı belədir:
"Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz iftira yaxanları belə cəzalandırırıq!" ("Əraf" surəsi, 152).
Yuxarıdakı ayədən də aydın olur ki, Allah Ona şirk qoşanları istəsə bağışlayır, istəsə cəzalandırır. Çünki ayədə də ifadə edildiyi kimi, Allaha şirk qoşanlar əslində yalan uydururlar. Bir və tək olan Tanrının Allah olduğu aydın bir həqiqət olduğu halda onlar saxta tanrılar qəbul edirlər. Bu uydurma tanrıların qarşısında bellərini büküb əyilmək isə Allaha qarşı edilmiş çox çirkin və böyük bir günahdır. Allah başqa günah və səhvləri bağışlaya biləcəyini, ancaq şirki heç vaxt bağışlamayacağını Quranda belə bildirmişdir:
"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48).

Allahdan Başqa Tanrı Yoxdur

İslamın əsası Allahın varlığını başa düşmək və Ondan başqa heç bir tanrının olmadığını qavramaqdır. Allah İslamın ilahi mənbəyi olan Quranda dinin əsası sayılan ən böyük həqiqəti belə bildirir:
"Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" ("Bəqərə" surəsi, 163).
Həqiqətdə mütləq var olan Allahdır, digər hər şey isə Onun yaratdıqlarıdır. İçində yaşadığımız kainatı Rəbbimiz yaratmışdır. Kainat yaradılmamışdan əvvəl isə maddi mənada heç bir şey yox idi. Canlı və cansızlar varlıq halına gətirilməmişdi. Sözün əsl mənasında bir yoxluq mövcud idi. Kainatın yaradıldığı an zamanı, məkanı və maddəni bunlara tabe olmayan və sonsuzluğun sahibi Əzəli və Əbədi olan Allah yaratdı. Allah bir Quran ayəsində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir:
"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız "Ol!" deyər, o da dərhal olar" ("Bəqərə" surəsi, 117).
Bu anda meydana gələn hər şeyi, hər an Allah yaradır. Yağan hər yağış damcısını, anadan olan hər uşağı, yarpaqlarda baş verən fotosintezi, canlıların bədənindəki hərəkətləri, qalaktikalardakı ulduzların hərəkət istiqamətlərini, cücərən hər toxumu və bildiyimiz-bilmədiyimiz hər hadisəni davamlı şəkildə Allah yaradır. Kainatdakı böyük-kiçik hər təfərrüat Onun əmri ilə işləyir:
"Yaxud məxluqatı öncə yaradan, (öldükdən) sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" ("Nəml" surəsi, 64).
... O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!...
(Şuəra Suresi, 28)
"O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;"
(ƏlaSuresi, 2)
bahçebahçe
sistemlər mükəmməl bir nizam içində nöqsansız olaraq fəaliyyət göstərir. Bu heyrətamiz nizama hər an nəzarət edilir, nizamlanır, böyük bir ahənglə davam etdirilir. Çünki Rəbbimizin sonsuz elmi bütün varlıqları əhatə etmişdir:
"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!" ("Mülk" surəsi, 3-4).
Bütün bu həqiqətlərə baxmayaraq Allahın yaradılışını rədd edib bu xüsusiyyəti Onun yaratdığı varlıqlara şamil etmək çox böyük ağılsızlıqdır. Kainatdakı mükəmməl nizam və canlılardakı qüsursuz mütənasiblik bütün bunların hamısının bir Yaradanın yaratdığını göstərir. Allah bir Quran ayəsində Özündən başqa heç bir tanrı olmadığını və Ondan başqa heç bir varlığın kainatda gücü olmadığını belə xəbər verir:
"Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərindən üstün olmağa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır!" ("Muminun" surəsi, 91).
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin...
(Hud Suresi, 6)
"Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur."
(Şura Suresi, 4)
manzara
varlıqdır. Bütün varlıqlar Ona boyun əymişdir. Allahın nəzarət etmədiyi, yoxlamadığı heç bir varlıq və canlı yoxdur. Hər şeyə gücü çatan Allah hər cür zəifliklərdən və acizliklərdən uzaqdır.
"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255).

Buddizmin Batil İnanclari

Buddizmin Batil İnanclari

manzara
Buddizmin batil inancları ölkədən-ölkəyə böyük fərqlərə malikdir. Bunun səbəbi isə bu dinin 2500 ildir yayıldığı ölkələrin milli dini, ənənələri və yerli mədəniyyəti ilə qarışmasıdır. Bu gün Yaponiyada, Çində, Şri-Lankada, Tibetdə, Vyetnamda və Amerikada olan buddizm bir-birindən çox fərqlidir.
budist metinler
Budizm'de eski dillerden çeviri yapan rahipler önemli görülür. Yan sayfadaki çizimde Buda, bu görevi yerine getiren rahipleri izlerken tasvir edilmiştir. Altta ise 11. yüzyıldan kalan Sanskritçe metin, Buda'nın hayatından bölümler içermektedir. Bu metinlerdeki sapkın inançları benimseyenler, ahiret inançlarını kaybettikleri için ciddi ahlaki ve psikolojik bozukluklara sahiptirler. Ölümden sonra fare, maymun, inek gibi canlılara dönüşebileceklerini düşünen Budistlerin ruhsal sorunlara sahip olmaları son derece doğaldır.
Tarixi mənbələrdən öyrəndiyimizə görə, Budda buddizmin əsas inanc və ibadətlərini insanlara öyrədərkən həmişə şifahi üslubdan istifadə etmişdir. Tədqiqatçılar da onun özündən sonra heç bir yazılı mətn qoymadığını bildirirlər. Buddistlər isə onun vəzlərinin 400 ilə qədər şifahi surətdə nəsildən-nəslə ötürüldüyünə və axırda "Pali-Kanon" adlı bir kitabda toplandığına inanırlar. Ancaq tədqiqatçıların gəldiyi müştərək fikrə görə, bu sözlərin əksəriyyəti Buddaya aid deyil, həmin sözlər bəzi əlavələrlə bugünkü hala gəlmişdir. Dolayısı ilə heç bir yazılı mətnə əsaslanmayan buddizm aradan keçən minlərlə il boyu çox böyük dəyişikliklərə məruz qalmış, təhrif edilmiş, əlavə və ixtisarlarla yeni-yeni şəkillərə salınmışdır.
Buddizmin müasir dövrdə müqəddəs qəbul etdiyi kitabın adı "üç səbət" mənasına gələn "Tipitaka"dır. Bu mətnlər Pali dili ilə yazılmışdır. "Tipitaka"nın nə vaxt yazıldığı isə qətiyyən məlum deyil. Ancaq onun bugünkü formaya eramızdan əvvəl I əsrdə Seylonda gətirildiyi qənaəti var. "Tipitaka" mətnlərinin hissələri bu formadadır:
1. Vinaya Pitaka: "Sanha" adlanan bu hissə özündə rahib və rahibələrlə bağlı qaydaları, bunların necə icra ediləcəyini ehtiva edir. Bu hissədə həmçinin rahib olmayan buddistlərlə bağlı mövzular var.
2. Sutta Pitaka: Buddanın fikirlərini açıqladığı sözlərinin əksəriyyəti bu hissədədir. Buna görə də bu hissəyə "doktrina (dhamma) səbəti" də deyilir. Bu sözlər əsrlər boyu şifahi şəkildə nəql edilmiş, başqa əfsanələrlə, batil inanclarla bir-birinə qarışmışdır.
3. Abhidhamma Pitaka: Buddanın vəzlərinin izahları və buddizmin fəlsəfəsi bu hissədə yerləşir.
Günümüzdəki buddist rahiblər bu mətnlərin müqəddəsliyinə inanır, ibadətlərini bu kitablara görə yerinə yetirir və bütün həyatlarını bu kitablara uyğun olaraq tənzimləyirlər. Bu mətnlərdə Budda sanki bir tanrı kimi göstərilmişdir. (Allah bütün qüsurlardan uzaqdır). Buna görə də günümüzdəki buddistlər Buddanın heykəlləri qarşısında səcdə edir, bu heykəllərə müxtəlif yeməklər təqdim edir, onlardan kömək istəyirlər. Halbuki bu, çox şüursuz və məntiqsiz bir hərəkətdir. Daşdan, bürüncdən, tuncdan düzəldilmiş bu heykəllərin onları eşidəcəyinə, kömək edəcəyinə inanan buddistlər çox böyük yanlışlıq içindədir. Kitabın sonrakı fəsillərində daha ətraflı olaraq görəcəyimiz bu bütpərəst hərəkətlərlə yanaşı onu da biləcəyik ki, buddizm kainatın necə ortaya çıxması, dünyadakı qüsursuz sistemlərin necə fəaliyyət göstərməsi kimi mövzulara toxunmayan, ancaq insan üzərində toplanan sirli bir təlim halına gəlmişdir.
budist metinler
Tibet'te Budist metinlerin çoğaltılması en önemli ibadetlerden biri haline gelmiştir. Özellikle rahipler dünyadan tamamen soyutlanmış şekilde, yalnızca bu işle ilgilenmektedirler. Bu insanlar ahireti unutmuşlardır ve dünyada da son derece boş bir amaç üzerine yaşamlarını sürdürmektedirler.
Tibet'teki kütüphaneler asırlar boyunca tahrip edilmiştir. Ancak Tibetli rahiplere ait el yazmaları komşu bölgelerde hala muhafaza edilmektedir. Tüm bu Budist kaynaklar, insanları kabus benzeri bir hayata yöneltmektedir. İnsanların ölüp ineğe veya fareye dönüşeceğini iddia eden bu iç karartıcı ve sapkın inançlar insanları korku ve sıkıntı dolu bir hayata mahkum etmektedir.

Buddizm Ateist Bir Dindir

Buddizm Allahın varlığını inkar edən, ancaq insanın sadəcə olaraq bəzi əxlaqi yönlərdən inkişafını və dünyaya aid iztirablardan qurtulmasını əsas sayan ateist bir fəlsəfədir. Bu din heç bir məntiqi və elmi əsası olmayan karma və reenkarnasiya etiqadı (insanın davamlı şəkildə dünyaya gəldiyi, əvvəlki həyatındakı davranışlarına görə sonrakı həyatının formalaşması düşüncəsi) üzərinə qurulmuşdur. Buddist abidələrində bir Yaradanın varlığına, kainatın və canlıların necə meydana gəldiyinə heç bir şəkildə toxunulmadığı kimi heç bir buddist mətnində də kainatın yoxdan necə var edildiyi, canlıların necə ortaya çıxdığı və dünyadakı bənzərsiz yaradılış dəlillərinin necə var olduğu izah edilmir. Buddistlərə görə, bu mövzuda fikirləşmək də lüzumsuzdur. Buddist mətnlərinə görə, həyatda mühüm olan yeganə məsələ arzuları yox etmək, sıxıntılardan azad olmaq və Buddaya hörmət etməkdir. Dolayısı ilə buddizm əslində çox məhdud görüşlü bir inancdır. İnsanı "necə yaradıldım, kainat və canlılar necə meydana gəldi" kimi əsas sualların üzərində düşünməkdən, bunları araşdırmaqdan uzaqlaşdırır və onu ancaq mövcud həyatın dar qəliblərinə salır.
"Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər?..
(Əraf Suresi, 195)
budist rahipler
Budizm putperest bir anlayış üzerine kurulmuş, müşrik bir dindir. Bu anlayışla yetişen Budist rahipler tüm hayatlarını Buda'ya ibadetle geçirirler.

Buddizm Təzyiq Edən və Kölələşdirən Bir Dindir

kendine eziyet eden aç buda
"Kendi kendine eziyet" dini haline gelen Budizmin kurucusu Buda'ya göre, doğruya ulaşmanın yolu açlık, sefalet ve acıdan geçer.
çalışması isə məhdud dünyagörüşünün başqa bir cəhətidir. Allah dünyadakı nemətləri insanların onlardan istifadə etməsi, zövq alması və əvəzində də Ona şükr etməsi üçün yaratmışdır. Buna görə də İslam insanlara arzularını içlərində boğmağı, özlərinə əziyyət və iztirab vermələrini əmr etməz. Əksinə, Allah insanlara dünyadakı gözəlliklərdən (çirkin və pis olan haram davranışlardan başqa) istifadə etmələrini, özlərinə mənasız yerə məhdudiyyət qoymamalarını, özlərinə əziyyət verməmələrini əmr edir. Buna görədir ki, Allah Peyğəmbərimizin (s.ə.v.) vəsflərini qeyd edərkən Onun insanların "üstlərindəki buxovları açdığını" xəbər vermişdir:

"O kəslər ki, əllərindəki Tövratda və Incildə yazılmış gördükləri rəsula - ümmi peyğəmbərə tabe olurlar. Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!" ("Əraf" surəsi, 157).
Qısası, İslam azadlıq verir. İnsanın mənasız adət-ənənələrdən, qadağalardan, cəmiyyətin təzyiqlərindən, "başqaları nə deyər" qorxusundan qurtarıb ancaq Allahın razılığını qarşısına məqsəd qoyan səadətli həyat yaşamağa dəvət edir. Həmçinin Peyğəmbərimiz (s.ə.v.) də əksər hədislərində insanlara dini asanlaşdırmağı əmr etmişdir:
"Sevindirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin".1
"Asanlaşdıranlar olaraq göndərildiniz, çətinləşdirənlər olaraq göndərilmədiniz".2
Buddizm isə insanları dumanlı monastırlara, əzab və səfalətlə dolu olan bir həyata sürükləyən, kölələşdirən bir inancdır. Allahın insanlar üçün yaratdığı nemətləri (gözəl yeməkləri, təmizliyi, rahatlığı) qəribə bir formada qadağan edir, əzab çəkməyi bir məziyyət olaraq qəbul edib onlara tabe olanlara əziyyət çəkməyi nəsihət edir.
Məsələn, buddist rahiblər üçün həyat müxtəlif çətinliklərlə doludur. Onlar işləyə və mülk sahibi ola bilməzlər. Gündəlik yeməklərini əllərində bir qab insanların arasında gəzib dilənərək təmin etmək məcburiyyətindədirlər. Hətta buna görə buddist rahiblər xalq arasında "bhikkus" (dilənçilər) adı verilmişdir. Evlilik və hər cür ailə həyatı da rahiblərə qadağandır. Hər rahibin ancaq bir paltarı ola bilər. Bu da keyfiyyətsiz və sarı parçadan olmalıdır. Bu geyimdən başqa yeganə əşyaları da yatmaq üçün istifadə edə biləcəkləri bərk bir yataq, saçlarını qırxmaq üçün ülgüc, iynə, sap və dilənmək üçün bir qabdır. Gündə bircə dəfə (bir öyün) yemək yeyirlər. Bu da günortadan əvvəl olmalıdır. Günortadan sonra ertəsi günə qədər nəsə yemək qadağandır. Yeməkləri də əsasən çörək, düyü və göyərtilərdən ibarət olur. İçdikləri isə su və ya düyü suyudur. Başqa yeməklər dəbdəbəli sayılır və qadağandır. Hətta dərmanlar da yasaqdır. Ət, balıq və meyvə kimi qidaları ancaq xəstə olarlarsa və o da özlərindən yüksəkdə dayanan rahibin izni və dəvəti ilə yeyirlər. Qısası, buddizm bir növ "özü-özünə əziyyət vermək" dinidir.
Bu vəziyyət Allahın Quranda bildirilən "Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!" ("Yunus" surəsi, 44) ayəsinin də bir təcəllasını təşkil edir. Halbuki Allah iman gətirib Ona təslim olanlara həm bu dünya həyatında, həm də axirətdə çox gözəl bir həyat vəd etmişdir. Həm dünyadakı bütün nemətlər, həm də axirətdəki sonsuz nemətlər onlarındır:
Saygon yönetiminin bazı uygulamalarına tepki olarak kendini yakan bir Budist rahipbudist
Sol Resimde Saygon yönetiminin bazı uygulamalarına tepki olarak kendini yakan bir Budist rahip görülmektedir. Yalnızca bu örnek bile Budizmin insanları nasıl karanlık bir ruh haline, acı dolu bir hayata, sapkın bir inanca yönelttiğini görmek için yeterlidir.
Günümüz Budistleri de ne kadar çok acı çeker, aç kalır ve sefalet içinde yaşarlarsa o kadar çabuk "aydınlanacaklarına" inanırlar. Oysa bu aydınlanma değil, insanın kendisine zulmetmesidir, insanlıkdışı bir yaşam şeklidir. Allah bir ayetinde "...Allah, kullar için zulüm istemez."(Mümin Suresi, 31) şeklinde buyurmuştur. Budistlerin bu sapkın uygulamaları gerçek İslam ahlakının tamamen zıttı bir uygulamadır.
"De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb bilən bir tayfaya belə ətraflı izah edirik" ("Əraf" surəsi, 32).
Buddizmin başqa qaranlıq yönlərindən biri də onun bədbinliyidir. İnananlarına vəd etdiyi "Nirvana" bütün dünyaya bədbin baxan melanxolik bir zehniyyətin həyatla olan bütün əlaqələrini şizofrenik bir şəkildə kəsməsindən başqa bir şey deyil. "Katolik Ensiklopediyası" ("The Catholic Encyclopedia") buddizmin bu xüsusiyyətini belə izah edir:
"Buddizmin başqa ölümcül səhvi yanlış pessimizmdir. Sağlam və güclü bir zehin (buddizmin) həyatı yaşamağa dəyər görməyən və hər cür şüurlu mövcudiyyəti pis qəbul edən yaxınlaşmasına qarşı çıxacaqdır. Buddizm təbiətin təməl xüsusiyyəti ümid və sevinc olan səsi tərəfindən təkzib edilir. Əslində (buddizm) şüurlu həyatın mükəmməlliyinə qarşı bir növ etirazdır. Buddizmin ən böyük istəyi bütün canlıları "Nirvana" adlanan şüursuz həyat modelinə aparmaq və beləliklə, təbiətdəki mükəmməlliyi yox etməkdir. Dolayısı ilə buddizm təbiətə qarşı günah işlədir və bunun nəticəsində fərdə qarşı da cinayət işləyir. (Buddizmə görə), bütün məqbul arzular basdırılmışdır. Hər cür məsum istirahət və əylənmək qadağandır. Musiqidən həzz almaq yasaqdır. Təbiət elmləri haqqında tədqiqat aparmaq təhqiramiz iş kimi qəbul edilir. İnsanın zehni ancaq buddist mətnləri əzbərləməyə və buddist metafizikası haqqında işləməyə cəmlənməlidir. Buddizmin dünyada həyata keçirmək istədiyi ideal mövcud olan hər şeyə qarşı laqeydlikdir".3
Halbuki İslam insanlara laqeydliyi deyil, əksinə, canlılığı, sevinci və hərəkiliyi gətirir. İslam tərbiyəsi alan bir insan ətrafında baş verən hadisələrə qarşı da həssas olur. Dünyanı buddizmdə olduğu kimi üz çevrilməsi vacib olan bir xaos kimi deyil, Allahın Quranda tərif etdiyi gözəl əxlaqı tətbiq etmək üçün yaradılmış bir imtahan yeri olaraq görür. Buna görədir ki, İslam tarixi son dərəcə adil və müvəffəqiyyətli, xalqa xoşbəxt və sevincli bir həyat bəxş edən idarəçilərlə doludur. Buddizm isə ancaq özləri özlərinə əziyyət verən, xalqlarını da özləri ilə birlikdə passivliyə və dolayısı ilə kasıbçılığa aparan, hətta qarşılarına çıxan problemlər qarşısında yeganə çarəni özünü yandırmaqda görən zavallı insanlar "istehsal" edir. Bu, şeytanın insana qarşı oynadığı oyunlardan biridir.
tencere taşıyarak halktan sadaka isteyen budistler
Budistler günlerini iç karartıcı ortamlarda, dünyada da ahirette de fayda sağlamayacak boş işlerle geçirmektedirler. Oysa İslam dini insanlara dünyada da ahirette de huzur, güzellik, ferahlık sunmakta; her türlü zorluğu ve insan fıtratına aykırı uygulamaları yasaklamaktadır.
Resimde, Buda ve takipçileri ellerinde kaplarla sadaka kabul ederken görülüyorlar. Günümüzde de bu akıldışı Budist gelenekler sürmektedir. Budizm sapkınlığına düşen insanlar, hiçbir ihtiyaçları olmadığı halde, ellerine bir kap alıp dilenmekte ve son derece küçük bir duruma düşmektedirler. Budizm insanları dünyada çalışmak yerine tembelliğe, miskinliğe yöneltmekte; ilkel şartlarda yaşamaya mahkum etmektedir. Oysa İslam dini bunun tam tersini emreder. İslam, insanları dinamizme, fayda sağlayacak işler yapmaya yönelten hayat dolu bir dindir. Budizmin karanlık atmosferinin aksine, temizliği, nezaketi, çalışmayı emreder; bilim ve teknolojide gelişmeyi teşvik eder.
Rahip olmayan nüfus, sadakalarıyla rahiplere yardımda bulunur ve bu yolla bir sonraki yaşamları için kazanç sağladıklarına inanırlar. Budist rahipler ise sabah erken saatlerde ellerinde kaplarla sokaklarda yürür ve halktan sadaka kabul ederler. Ancak ibadet adı altında yaptıkları bu batıl uygulamalar onlara, Allah'ın dilemesi dışında, ne dünyada ne de ahirette bir fayda sağlamayacaktır.

Buddizm Bütpərəst Bir Dindir

Buddizm paqan bir dindir, yəni bütpərəstdir. Bu gün buddizmin müxtəlif məktəblərə ayrıldığı və Buddaya sitayiş etməyin ancaq bəzi məktəblərə məxsus olduğu bildirilir. Lakin Buddanın yanılmayan bir yolgöstərən olaraq qəbul edilməsi də - bu, bütün buddist məktəblərinə hakim olan bir aldanışdır - bu dinin Buddanı bütləşdirdiyini göstərir.
Bazı tapınakların üstüne resmedilmiş gözler, Buda'nın sözde herşeyi gören gözlerini temsil etmektedir. Budizmin yaygın olarak kabul edildiği ülkelerde bu gibi tapınaklara, Buda heykellerine ve gözlerine çok sık rastlanır. Bu uygulama Budizmin Buda'yı nasıl bir put haline getirdiğini tüm açıklığıyla gözler önüne sermektedir. (Yanında) Tibet'teki en ünlü Budist tapınaklarından biri, Samye Manastırı'dır. Budist halk, dua silindirlerini çevirerek ibadet ederken, Budist rahipler için kimi zaman gün boyu süren dua törenleri olur. Ancak Budistlerin göz ardı ettikleri gerçek Buda'nın asla onları duyamayacağı, dualarına cevap veremeyeceğidir. Buda da kainattaki gelmiş geçmiş tüm insanlar gibi Allah'ın var ettiği aciz bir kuldur. İnsanların dualarına icabet edebilecek olan yalnızca Allah'tır:
budist mekanlar
"Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir."
(Rad Suresi, 14)
....“Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan."
(Zumər Suresi, 65)
Tarixi mənbələrə görə, Buddanın vəfatından bir müddət sonra buddist rahiblər tərəfindən "Buddanı müqəddəsləşdirmək" fəaliyyəti başladıldı. Hər yerdə onun heykəlləri qoyuldu. "Nirvana"nın onun bədənində formalaşdığı yönündəki batil bir inanc qüvvəyə mindi. Buddist rahiblərin Buddaya qarşı həddindən artıq hörmət anlayışları bir müddət sonra Buddaya tapınma və ona sitayiş etmək formasını çevrildi. Buddizmin güclü olduğu ölkələrin dörd bir tərəfi Buddanın nəhəng ölçülərdəki heykəlləri ilə bəzədildi. Günümüzdə də Asiyadan Amerikaya qədər bir xeyli ölkədə Budda heykəllərinə, üstündə Buddanın gözlərinin çəkildiyi məbədlərə rast gəlmək mümkündür. Əvvəl də qeyd edildiyi kimi, bu gözlərlə insanlara Buddanın hər yeri gördüyü və insanlara həmişə nəzarət etdiyi mesajı verilir. Buna görə də insanlara həyatın hər anını Buddanı fikirləşərək keçirmələri fikri aşılanır. Minlərlə il əvvəl ölən bir insanın hələ də ona inananları gördüyünü, qoruduğunu, yalvarışlarını eşitdiyini düşünməyin necə əsassız və cəfəng bir inanc olması isə aşkardır. Buddistlərin dərk etməkdə aciz qaldığı əsl həqiqət isə budur ki, bütün insanlar kimi Buddanı da yaradan aləmlərin Rəbbi olan Allahdır. Allah gizlinlərin gizlinini bilən, hər şeyi əhatə edəndir.

Buddizm Və Karma Etiqadı

açlık
Karma inancına göre fakirler, sakatlar ve hastalar bir önceki yaşamlarında yaptıkları kötülükler nedeniyle böyle bir yaşam sürmektedirler. Dolayısıyla bu yaşamı haketmişlerdir. Karma inancının yaygın olduğu toplumlardaki adaletsiz sistem de bu çarpık anlayışın bir ürünüdür.
Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də hər şeyi idarə edən yeganə güc karmadır.
Sanskrit dilində bir kəlmə olan "karma" "hərəkət, fel" mənasına gəlir və bir "səbəb-nəticə qanunu" olaraq göstərilir. Karma inancını müdafiə edənlərə görə, bir insan keçmişdə nə edibsə, bu, gələcəkdə mütləq onun qarşısına çıxacaq. Keçmiş insanların əvvəlki həyatı, gələcək isə öülümündən sonra başlayacağı iddia edilən yeni həyatdır. Buna görə bu gün kasıb olan bir insanın əvvəlki həyatında pisliklər etdiyinə və bunun əvəzini bu həyatında kasıbçılıqla aldığına inanılır. Bu batil inanc pis bir insanın sonrakı həyatında bitki və ya heyvan ola biləcəyi kimi iddialara da yer verir.
putlar
"O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir."
(Mucadilə Suresi, 6)
... Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar."
(Yunus Suresi, 66)
Karma inancının zərərli nəticələrindən biri insanların acizliklərinin, kasıblıqlarının və zəifliklərinin onların əxlaqi qüsurlarının bir nəticəsi olan cəza kimi göstərməsidir. Karma inancına görə, əgər bir insan kasıb və ya şikəstdirsə, bunun səbəbi əvvəlki həyatında etdiyi pisliklərdir və dolayısı ilə yenidən dünyada bu cür yaşamağa layiqdir.
Bu batil inanc əsrlər boyu Hindistanda "kasta sistemi" kimi tanınan çox ədalətsiz bir cəmiyyət quruluşunun olmasının da ən mühüm səbəbidir. (Buddizmin əslində Hinduizmdən törədiyi, karmanını da Hinduizmdən gəldiyi yaddan çıxarılmamalıdır). Karma inancına görə, kasıb, xəstə, şikəst insanlar alçaldılmış və onlar da kasta sistemində əzilmişlər. Sistemin ən yüksək pilləsində olan varlılar və idarəçilər sinfi isə bu xüsusiyyətlərini təbii bir haqq olaraq qəbul etmişlər. Halbuki İslamda insanların zəiflikləri bir günah deyil, Allahın göndərdiyi bir imtahan olaraq qəbul edilir. Başqa insanların ehtiyac içində olan bu insanlara kömək etməsi çox mühüm bir vəzifə olaraq əmr edilir. Buna görədir ki, İslam - və İslamla eyni Ilahi mənbədən gələn, lakin sonradan təhrif edilən xristianlıq və yəhudilik - çox güclü bir sosial ədalət anlayışına sahibdir. Buddizm və Hinduizm kimi karma inancları isə tam əksinə, sosial ədalətin qarşısında böyük bir maneədir.
Karmanın əsası reenkarnasiya inancı, yəni insanların eyni ruhla davamlı olaraq müxtəlif bədənlərlə dünyaya yenidən gəldiyi düşüncəsidir. Karma bu inanca bir də "hər həyatın sonrakına təsir etdiyi" fərziyyəsini əlavə etmişdir. Ancaq bu inanc bircə sualla dağılmağa məhkumdur. İddia edilən bu karma inancı necə işləyəcəkdir? Buddizm Allahın mövcudluğunu qəbul etmir. Elə isə insanları əvvəlki həyatlarına görə kim hesaba çəkib buna görə təzə bir bədənlə dünyaya göndərəcəkdir? Bu sualın cavabı yoxdur. Buddistlər bunun bir təbiət qanunu kimi "öz-özünə" işlədiyinə inanırlar. Halbuki təbiət qanunlarını yaradan da Allahdır. İnsanların həyatı boyu tutduğu əməllərə nəzarət edəcək, bunların hesabatını aparacaq, sonra onları öləndən sonra bu hesaba görə sorğu-suala tutacaq, bunun nəticəsində onlara yeni bir həyat tərzi müəyyənləşdirəcək, onları bu yeni həyat tərzinə uyğun olaraq yenidən yaradacaq və bu ssenarini dünyadakı milyardlarla insan (və heyvan) üzərində qüsursuz şəkildə həyata keçirə biləcək bir "təbiət qanunu" yoxdur. Ortada belə bir təbiət qanunu olmadığına görə belə bir mərhələ də əlbəttə ki, mövcud ola bilməz. Reenkarnasiya inancının heç bir məntiqli yönü olmasa da onun dünyanın dörd bir yanında bu qədər tərəfdarının olmasının əsas səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən və ölümdən qorxan insanların reenkarnasiyanı bu qorxularını məğlub etmək üçün bir çıxış yolu kimi qəbul etməsidir. Çünki reenkarnasiya inancının əsasında da - karmada olduğu kimi - ölümdən qorxmamağın lazım gəldiyi və insanın yenidən anadan olmaqla arzularına çata biləcəyi yönündə əslində həqiqətdən uzaq bir təskinlik durur.
Reenkarnasiya bir təbiət qanunu kimi öz-özünə ola bilməyəcəyinə görə bunun ancaq fövqəltəbii bir yaradılışla təmin edilə biləcəyi aydındır. Ancaq Qurana baxanda reenkarnasiyanın bir xurafat olmasının şahidi oluruq. Allahın insanlara yolgöstərən olaraq göndərdiyi Kitab reenkarnasiyanı açıq-aşkar təkzib edir.

İslama Görə Reenkarnasiya

Bir müsəlmanın hər məsələdə olduğu kimi karma fəlsəfəsinə baxışı da Allahın Quranda bildirdiyi şəkildə olmalıdır. Quranda ölümün və dirilişin bir dəfə baş verdiyi xəbər verilir. Hər bir insan dünyada ancaq bir həyat yaşayır. Bu həyatının bitməsi ilə də ölür. Rəbbimiz: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" ("Cumuə" surəsi, 8) buyurur. İnsan ölümündən sonra yenidən dirildilərək dünyada bütün etdiklərinə görə sonsuza qədər cənnətdə və ya cəhənnəmdə qalmağa layiq olur. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı var. İnsanların öləndən sonra dünya həyatına geri qayıtmayacağını Allah Quranda çox aydın şəkildə bildirir:
"Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (bir də dünyaya) qayıtması mümkün deyildir" ("Ənbiya" surəsi, 95).
"Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: "Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu, onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (bərzəx) vardır"("Muminun" surəsi, 99-100).
Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, insanların bir hissəsi ölümlə qarşılaşanda yenidən dirildilməyi ümid edəcək. Amma onlara bunun qətiyyən mümkün olmadığı həmin an açıqlanacaq. Allah başqa bir ayəsində insanların ölümü və dirildilməsi ilə bağlı bunları bildirir:
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız" ("Bəqərə" surəsi, 28).
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik.
Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?
(Məryəm Suresi, 98)
yıkıntı
Allah insanın başlanğıcda ölü olduğunu bildirir. Yəni insanın yaradılışının əsası torpaq, su, palçıq kimi cansız maddələrdir. Daha sonra Allah bu cansız yığını"düzəldib qaydaya salıb" (“İnfitar" surəsi, 7) onu dirildir. Bu dirilişdən müəyyən bir müddət sonra, insan üçün müəyyən edilmiş vaxt qurtaran kimi yenidən öldürülür və torpağa geri qayıdır, çürüyüb toz halına düşür. Bu da insanın ikinci dəfə ölü halına keçməsidir. Geridə isə axırıncı dəfə dirildilməsi qalmışdır. Bu da axirətdəki dirildilmə olacaqdır. Hər insan axirətdə dirildiləcək və bir də geri qayıtmağın mümkün olmadığını başa düşərək dünyada etdiyi hər bir hərəkətinin hesabını verəcək. Allah ayələrində insanın dünyaya gələndən sonra təkcə bir ölümdən başqa ölüm dadmayacağını belə bildirir:
"Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onlara dərs olmadımı?
Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır."
(Ta ha Suresi, 128)
Ürdün'deki Petra kalıntılarıRoma'daki Collesium kalıntısı.
Ürdün'deki Petra kalıntıları
Roma'daki Collesium kalıntısı.
"Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur. Sənin Rəbbindən bir lütf olaraq! Bu, böyük qurtuluşdur!" ("Duxan" surəsi, 56-57).
Yuxarıdakı ayələr ölümün ancaq bir dəfə olduğunu göstərmək baxımından çox aydın və mütləqdir. Bəzi insanlar ölüm və axirət qorxusuna qalib gələ bilmək və özlərinə təsəlli verə bilmək üçün hər nə qədər karma ya da reenkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də həqiqət budur ki, heç kim öləndən sonra bir də dünyaya geri qayıtmayacaq. Hər bir insan ancaq bir dəfə öələcək və bu ölümündən sonra Allahın təqdir etdiyi şəkildə sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq. Allah hər insanı dünyada etdiyi yaxşılıq və ya pisliklərə görə cənnətlə mükafatlandıracaq və ya cəhənnəmlə cəzalandıracaq. Allah sonsuz ədalət sahibidir. Sonsuz mərhəmətli və şəfqətlidir. Hər kəsə etdiyinin əvəzini nöqsansız olaraq verəndir. Ölümdən və ya cəhənnəmə getmək ehtimalından qorxaraq batil inanclarda təsəlli axtarmaq isə şübhə yoxdur ki, insanı daha çox bataqlığa aparır.
Ağıl və vicdan sahibi olan hər bir insanın bu yöndə bir qorxusu varsa, cəhənnəm əzabından qurtulub cənnəti ümid edə bilmək üçün səmimi olaraq Allaha yönəlməli və insanlar üçün hidayət rəhbəri olan Qurana tabe olmalıdır.
İnsan heç vaxt yaddan çıxarmamalıdır ki, nə cavan, nə yaşlı, nə gözəl, nə də varlı olması bu günə qədər yaşayan heç bir insanı ölümdən qoruya bilməmişdir. Buna görə də heç bir insan ölüm həqiqətini unutmamalıdır. Çünki insan bu həqiqəti qulaqardına vursa da, vurmasa da qaçılması mümkün olmayan bu həqiqət mütləq yaşanacaq.
"Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu, sənin qorxub qaçdığın şeydir!" ("Qaf" surəsi, 19).
Siz bu sətirləri oxuyarkən də ölümün yaxınlığını ağlınızdan keçirə bilərsiniz. Ancaq ölüm sizi bəlkə də əlinizdəki kitabı oxuyub qurtarmamış tapacaq. Bəlkə də ölüm sizə başqa insanlardan daha yaxındır. Bunun üçün mütləq bir səbəbin olması, bir xəstəlik, qəza və ya qocalığın olması da lazım gəlməyəcək. Çünki Allah ölüm vaxtı gələn insana ölüm mələklərini göndərəcək və bu insanın canını alacaq. Elə isə insanlar bu böyük həqiqəti heç vaxt ağıllarından çıxarmamalı, ölümə hazırlaşmağı heç vaxt sonraya buraxmamalıdırlar. Allah "Munafiqun" surəsindəki "...Allah əcəli çatan heç kəsə möhlət verməz..." ("Munafiqun" surəsi, 11) hökmü ilə ölümün gecikdirilməyəcəyini və ölümlə qarşılaşan bir insanın peşmançılığını Quranda bizə bildirmişdir:
"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" ("Munafiqun" surəsi, 10-11).

Buddizmin Batil Axirət Inancı

"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq...
(Zümer Suresi, 67)
budist
Batıl Budist inançlara göre, kainatın ve insanların varoluşu da, ölüm ve yeniden doğum da başıboştur. Bu akıldışı iddiaya inanan insanlar büyük bir ruhi dengesizliğe sahip olurlar. Dünyada herşeyin başıboş olduğunu sanmanın korkusu, tedirginliği ve huzursuzluğu içinde yaşarlar. Oysa İslam dini kainatta meydana gelen her olayın Yüce Allah'ın bilgisi ve kontrolünde olduğunu öğretir. Bu gerçeği kavrayan insanlar her an Allah'a güvenip dayanmanın, tevekkülün huzurunu ve sevincini yaşarlar.
Karma inancının bir nəticəsi olaraq buddizmdə axirət, cənnət və cəhənnəm inancı da mövcud deyil. Bu, Allahın Quranda bildirdiklərinə tərs olan batil və azğın bir inancdır. Bu inanca görə, əvvəl də bildirdiyimiz kimi, bir insan hər ölümündən sonra yenidən dünyaya gəlir və bu, davamlı olaraq təkrarlanır. Sanskrit və müqayisəli filologiya professoru E.Uayşbörn Hopkins buddizmdə axirət inancının olmadığını özünün "Hindistan dinləri" ("The Religions of India") adlı kitabında belə izah edir:
"Buddanın qurduğu sistemin məntiqi ona bu dünyada xoşbəxt olmayanların xoşbəxt ola biləcəyi başqa bir aləmin mövcudluğunu qəti şəkildə inkar etdirmişdir. O o biri dünyanı inkar edən fikrində qalmaqla kifayətlənməmiş, bundan da tələbələrini və tədqiqatçılarını insanın ölümdən sonrakı taleyini araşdırmaqdan və bu mövzuda sual verməkdən çəkindirmək üçün hər cür üsuldan istifadə etmişdir. Budda "Nirvana"ya çatmağın varlığın yox olmasına səbəb olduğuna inanmış və heç vaxt ölümsüz varlıq fikrini qəbul etməmişdir. Onun təkidlə üstündə durduğu məsələ hamının karma və yenidən dünyaya gəlmə doktrinalarını tam mənası ilə qəbul edərək imkan daxilində tez içində olduğu sıxıntılı doğuluş-ölüm dairəsindən azad olmağa səy göstərməsidir".4
Bəzi buddist mənbələrində isə ölümdən sonrakı həyatla bağlı bu məlumatların verildiyini görmək olar:
"Yenidən doğulmaq istər cənnətdə, istərsə də cəhənnəmin müxtəlif təbəqələrindən birində baş versin, bəhs edilən bu məkanlardakı var olmalar eynilə yer üzündəki kimi keçicidir, əbədi deyildir. Fərdin bu məkanlardakı qalmaq müddəti Hinduizmdə olduğu kimi onun yer üzündə ikən etdiyi yaxşılıq və pisliyin miqdarına bağlıdır. Müəyyən edilmiş müddətin bitməsindən sonra yenidən yer üzünə qayıdılacaq. Cənnət və cəhənnəm fərdin dünyadakı davranışlarının əvəzini gördüyü müvəqqəti mövcudluq təbəqələrindən başqa bir şey deyil".5
Göründüyü kimi, buddist təlimlərinə görə, insanların əməllərinin əvəzinin verildiyi bir növ cənnət və cəhənnəm inancı var. Ancaq haqq bir dinə aid olmadığı üçün bu inancda çoxlu ziddiyyət və məntiqsizliklər mövcuddur. Hər şeydən əvvəl Allahın Quranda bildirdiyinin əksinə olaraq buddizmdə cənnət və cəhənnəm sonsuz deyil, müvəqqətidir. Bu inancın ən məntiqsiz yönlərindən biri isə dünyada mövcud olan bütün sistemlərin əvvəl də qeyd etdiyimiz kimi, öz-özünə fəaliyyət göstərdiyinə olan inamdır. Buddizmə görə, kainatın və insanların var olması kimi ölüm və yenidən dünyaya gəlmək məsələsi də başıboşdur. Bu inancda dünya həyatını, cənnət və cəhənnəmi yaradan, insanlara əməllərinin əvəzini verən bir Yaradanın varlığı qəbul edilmir. Halbuki bu, çox məntiqsiz və qəbul edilməsi qeyri-mümkün bir iddiadır. Cənnət və cəhənnəm kimi mükafat və cəza veriləcək məkanların mövcudluğunu qəbul etmək, ancaq bu yerlərin necə yaradıldığını, cəzanı və mükafatı kimin verəcəyini, ədalətin necə təmin ediləcəyini açıqlamamaq çox böyük məntiqsizlikdir. Ən pisi odur ki, karma fəlsəfəsində bunlar iddia edildiyi halda cənnət və cəhənnəmin bir Yaradansız necə meydana gəlməsi ilə bağlı heç bir izah yoxdur. Bu, ancaq nəsildən-nəslə ötürülən və heç vaxt da məntiqli bir formada izah edilməyən və soruşulmayan bir batil inancdır. Buddizmin kainatın yaradılmasına, sistemin nizamlı fəaliyyətinə, canlılardakı qüsursuz yaradılışın mənşəyinə dair heç bir məntiqli cavabı yoxdur. Buna görə də buddizm heç bir məntiqli yönü olmayan, ancaq əfsanəvi hekayələrlə ayaqda saxlanılmağa çalışılan mistik bir cərəyandan başqa bir şey deyil.
"Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır...
(Ənkəbut Suresi, 65)
... “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!”"
(İsra Suresi, 81)
manzara

Axirətdə Insanları Gözləyən Həqiqət

Dünya həyatı və axirət inancı ilə bağlı həqiqətləri öyrənə biləcəyimiz yeganə mənbə aləmlərə nəsihət olaraq göndərilən Quran və Peyğəmbərimizin (s.ə.v.) sünnəsidir.
Allah Quranda dünya həyatının bütün insanlar üçün müvəqqəti bir imtahan, axirətin isə sonsuz yurd olduğunu bildirir. Hər insan təxminən 60 illik dünya həyatı boyunca bütün etdiklərinin əvəzini cənnətdə və ya cəhənnəmdə alacaq. Bu həqiqəti Allah Quranda belə xəbər verir:
"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?" ("Ənam" surəsi, 32).
Allaha təslim olan, Onun göndərdiyi hidayət rəhbərinə və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə tabe olan bir insan qiyamət gününə, axirətdə bütün əməllərinin hesabını verəcəyinə, dünya həyatında etdiklərinin əvəzini sonsuza qədər cənnətdə və ya cəhənnəmdə alacağına könüldən iman gətirər. Çünki həqiqət budur. Allah bunu insanlara endirdiyi kitabları və göndərdiyi peyğəmbərləri ilə bildirmişdir. Buddizm isə tək bir insanın öz-özünə əmələ gətirdiyi bir fəlsəfə və onun üzərində inşa edilən və məhz insan quruluşu olan təlimlərdən əmələ gəlir. Allahdan gələni insana aid olan bir fəlsəfə ilə dəyişdirmək əlbəttə ki, böyük bir yanlışlıqdır. Başqalarından eşidilən məlumatlarla, adi bir həvəslə, heyran olduqları estrada ulduzunun və ya kino aktyorunun buddist mesajlarından təsirlənərək yaxud da bir dəbə uyğun olaraq buddizmi yol olaraq qəbul edənlərin bu həqiqəti fikirləşməsi və yanlışlıqlarından əl çəkməsi lazımdır. Çünki Allah axirətin yalan olduğunu söyləyənlərin vəziyyətini Quranda belə bildirir:
"Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!" ("Əraf" surəsi, 147).

"Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar" ("Rum" surəsi, 16).
Yuxarıdakı ayələrdə xəbər verilən bu əzab ölümlə birlikdə başlayacaq. Dünyadakı həyatları boyu nə qədər böyük səhv içində olduqlarını başa düşən insanlar yenidən əvəzi olmayan bir peşmançılıq yaşayaraq belə deyəcəklər:
"Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" demələrini görəydin!" ("Ənam" surəsi, 27).
"Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir." Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
(Hicr Suresi, 43-44)
Mən onu Səqərə salacağam."Sən haradan biləsən ki, Səqər nədir?!""O, kimsəni sağ-salamat buraxmaz,"
(Muddəssir Suresi, 26-29)
azap
"Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: "Ey Rəbbimiz! Gördük, eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!" deyəndə görəydin!" ("Səcdə" surəsi, 12).
Ancaq onlar nə qədər yalvarıb-yaxarsalar, bağışlanmalarını istəsələr də daha geri qayıdılmayacaq və əzabla dolu olan bir həyata başlayacaqlar. Onların tövbələri qəbul edilməyəcək, dünyaya yenidən geri qaytarılmaq istəkləri isə heç vaxi yerinə yetirilməyəcək. Dünyada dəfələrlə xəbərdarlıq edildikləri halda Allaha şirk qoşanlar, daşdan, taxtadan düzəltdikləri heykəllərin qarşısında səcdə edənlər, insanlara sadəcə olaraq özlərini göstərmək üçün və ya diqqəti cəlb etmək üçün boş fəlsəfələrin ardınca gedənlər və Allahdan gərək olduğu qədər qorxub çəkinməyənlər ölüm mələkləri ilə qarşılaşdıqları andan etibarən davamlı bir alçaldılma mərhələsinə daxil olacaqlar. Canlarının bellərinə və böyürlərinə vurularaq alınması, cəhənnəmin içinə atılmaları axirət həyatındakı alçaldılmanın bir başlanğıcı olacaq. Allah onların danışmasına icazə verməyəcək, səslərinin bir xırıltıdan artıq çıxması mümkün olmayacaq ("Taha" surəsi, 108).
Cəhənnəm Allah qarşısında lovğalanan, axirətə, yenidən dirilişə inanmayan və Rəbbimizin göndərdiyi xəbərdaredicilərə itaət etməyən, gözəl əxlaqdan uzaq bir həyat davam etdirən bütün inkarçıların sonunun olacağı yer oalacaqdır. Cəhənnəm əhli "əlləri boyunlarına bağlı vəziyyətdə" ("Furqan" surəsi, 13) alovun sıx olduğu yerə atılacaq, tüstülü bir kölgə içində qalacaq. Alovun uğultulu gurultusunu fasiləsiz şəkildə eşidəcəklər. Sümükləri şaqqıldadan iniltilərlə qarşılacaqlar. Xüsusilə əzabın davamlı olması və cəhənnəm əhlinin bütün yalvarışlarına baxmayaraq onlardan qətiyyən yüngülləşdirilməyəcəyi tərifi olmayan bir sıxıntı vəsiləsi olacaqdır. Çünki Allah cəhənnəm əzabını "hər tərəfi qapalı alov" ("Bələd" surəsi, 20) olaraq bildirir.
Cəhənnəmdəkilər fiziki baxımdan da qorxulu bir görünüşə bürünəcəklər. Üzləri qapqara, qorxudan və dəhşətə görə zillət içində olacaqlar. Hüceyrələri qovuracaq qədər güclü olan odda dəriləri yanacaq və Allahın "...Onların dəriləri bişdikcə əzabı dadsınlar deyə o dəriləri başqası ilə əvəz edəcəyik..." ("Nisa" surəsi, 56) ayəsində bildirdiyi kimi, dəriləri dəfələrlə təzələnəcək. Dəmir qamçılarla qamçılanıb "yetmiş arşın uzunluğunda zəncirlə" ("Haqqə" surəsi, 32) vurulacaqlar. Alınları, böyürləri və belləri qızğın odda dağlanacaq, başlarından aşağı qaynar sular töküləcək. Paltarları və yataqları alovdan və qətrandan olacaq, dəmir həlqələrlə bağlanacaqlar.
Cəhənnəm əhlinə təqdim ediləcək yeməklərin və içkilərin iyrəncliyi də Quranda açıqlanmışdır. Allah “İrindən başqa bir yeməyi də yoxdur" ("Haqqə" surəsi, 36) ayəsində insanların dünyada azını da görməyə və ya iyini hiss etməyə dözə bilmədikləri qan və irinin (çirkli yaradan axan mayenin) cəhənnəm əhlinin əbədi qidası olacağını xəbər verir. Dünya həyatında Allahı yaddan çıxarıb öz arzularının arxasınca getmələrinin əvəzi olaraq girdikləri cəhənnəmdə irinli, qaynar sudan içirdiləcək, parçalanacaq boğazlarından heç bir şey keçməyəcəyi üçün udqunmağa çalışacaqlar, lakin udquna bilməyəcəklər. Allah günahkar cəhənnəm əhlinə yedirdiləcək başqa yeməklərin də zəhərli olan darı tikanı və zəqqum ağacı olduğunu ayələrdə belə bildirmişdir:
"Həqiqətən zəqqum ağacı günahkar kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; qaynar su qaynayan kimi!" ("Duxan" surəsi, 43-46).
Allaha inanan və Ona könüldən qulluq edən insanlar isə belə bir vəziyyətə düşməyəcək, asan bir hesabla sorğuya çəkilib qorxuya, kədərə və peşmançılığa qapılmadan cənnətə sövq ediləcəklər. Allah möminlərin üzünün o gün işıq kimi parlayacağını ayələrində xəbər vermişdir. Onlar dünya həyatı boyu batil fəlsəfələrin arxasınca düşmədən Allahı haqq Kitabında bildirdiyi şəkildə razı etməyə çalışmasının və bu cür həyatlarını yaşamasının, Allahdan qorxub Onun əzabından çəkinməsinin əvəzini sonsuza qədər cənnətdə alacaqlar. Allah Quranda bu vəziyyəti belə xəbər vermişdir:
"Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli, lakin əzab sözü kafirlər barəsində vacib oldu!" deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: "Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!" Təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və gözətçiləri: "Salam əleyküm! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!" deyəcəklər" ("Zumər" surəsi, 71-73).
Elə isə bütün insanların Allahın "O saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Həcc" surəsi, 7) şəklindəki xəbərini davamlı olaraq fikirləşməsi, hesab günü yaxınlaşarkən edilən xatırlatmalara mütləq diqqət etmələri lazımdır. Çünki həmin gün yaxşılıq edənlər etdikləri yaxşılıqlarının əvəzini qüsursuz olaraq taparkən pislik edənlər etdikləri pisliklərlə aralarında uzaq bir məsafə olmasını istəyəcəklər. İnsanlar yalnızca və təkbaşına Allahın hüzuruna çıxacaq və ən xırda bir haqsızlığa məruz qalmadan aralarında ədalətlə hökm veriləcəkdir:
“İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədir və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər ("Ənbiya" surəsi, 1-2).
Buddizm və insanlar tərəfindən hazırlanan buna oxşar fəlsəfələr isə insanları ən böyük həqiqət olan Allahın varlığından və Ona qulluq etməkdən uzaqlaşdıran səhvlərdir. Buddizm həqiqətdə bir çox cəhətdən insan təbiətinə də son dərəcə zidd olan bir əxlaq anlayışı ilə insanların dinsizliyin gətirdiyi vicdan əzabından qismən də olsa xilas olmasını təmin edir və bununla da saxta bir "mənəviyyat" mənbəyi olaraq fəal olur. İnsanlar buddizmdə özlərinə əziyyət verərək, fiziki ehtiyaclarını cavabsız buraxaraq mənəvi bir nailiyyət qazandıqları zənninə qapılır və bununla təsəlli tapırlar. Onların heç cür başa düşə bilmədikləri gerçək budur: insanın bilməsi vacib olan ən əsas həqiqət onun Allahın bəndəsi olmasıdır. Hər hansı bir əməl ancaq Allahın razılığı nəzərə alınaraq, Ona qulluq etmək şüuru ilə ediləndə bir dəyərə malik olur. İnsanın nəfsinin istək və arzularına nəzarət etməsi də Allahı rizası (və Allahın istədiyi ölçüdə) ediləndə dəyəri olan bir səydir. Allah Onun razılığı əsas alınmadan davam etdirilən bu cür səylərin sahibləri üçün "zəhmət çəkib boşuna yorulmuşdur" ("Ğaşiyə" surəsi, 3) deyə buyurur.

Buddizmə Görə Dünya Həyatı

nilüfer
"Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar...
(Bəqərə Suresi, 112)
Əvvəl də qeyd etdiyimiz kimi, karma inancında insanlar bir-birini əvəzləyən yeni həyatlardan təşkil olunan həyat dairəsinin heç başa çatmadığına və hər ölümdən sonra mütləq yenidən diriləcəklərinə inandıqları üçün qarşılarında saysız imkanları olduğunu zənn edirlər. Dolayısı ilə bir insan hər hansı bir pis iş görmək istəsə, "sonrakı həyatımda daha pis yaşasam da onlan sonrakı həyatımda bunun əvəzini çıxaram" deyə fikirləşə bilir. Belə çürük əsasların üstündə bina edilən bir anlayışın insanları pisliklərdən çəkindirməsi mümkün deyil. Çünki dünya həyatına bağlılıq insanların əksəriyyətinin mühüm bir zəifliyidir. Onların reenkarnasiya kimi batil bir fikrə inanmasının ən mühüm səbəbi də bu bağlılıqları və dünya həyatından heç cürə əl çəkməmələridir. İnsanların öz davranışını köklü şəkildə düzəldərək gözəl əxlaqla yaşaması isə onların yalnız bu dünya həyatının həqiqi mənasını dərk etmələri ilə mümkün olur.
Dünya həyatının həqiqi yönünü bilən bir insan onu və bütün kainatı yaradan, onu qoruyan və mərhəmət edən Rəbbimizə qulluq üçün yaradıldığını, hər etdiyində, hər sözündə və düşüncəsində Allah qarşısında məsuliyyət daşıdığını və ölümündən sonra Ona hesab verəcəyini bilir. Dünya həyatının yaradılış səbəbini Rəbbimiz "Mülk" surəsində belə bildirir:
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır" ("Mülk" surəsi, 2).
Ayədən də aydın olduğu kimi, Allah həyatı insanları sınamaq üçün yaratmış, onları dünyada müvəqqəti olaraq yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi imtahan edir. Allah iman gətirənlərlə inkarçıların ortaya çıxması, inananların pisliklərdən təmizlənməsi və cənnət əxlaqına yiyələnməsi üçün həyatı davam etdirir. Yəni dünya ancaq Allahın razılığını qazana bilməyimiz üçün bir sınaq, bir təlim yeridir. Allah insanları Ona qulluq etmək üçün yaratdığını belə bildirir:
"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, çəkinəsiniz!" ("Bəqərə" surəsi, 21).
"De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs?
(Yunus Suresi, 35)
evli manzara
Allah insanlara onların qoruması lazım olan sərhədləri, razı olacağı və olmayacağı davranışları aşkar şəkildə bildirmişdir. Buna görə də insan dünyada göstərdiyi davranışı ilə əbədi həyatında ya cəza çəkəcək, ya da mükafata nail olacaqdır. Buna görə də yaşadığımız hər saniyə bizi ya cənnətə, ya da cəhənnəmə yaxınlaşdırır. Allah bu həqiqəti bəndələrinə əksər ayələrində xatırladır və onları həmin günə qarşı xəbərdar edir:
"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır!" ("Həşr" surəsi, 18).
"Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? ...
(Rum Suresi, 40)
... “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş,
biz də onlardan sonra gələn bir nəsil olmuşuq. ...
(Əraf Suresi, 173)
Laos, Vientiane'deki Vat Ong Teu Tapınağı
Bangkok'daki Wat Po Tapınağında bulunan Buda heykeli. Budist eserlerde meditasyon, huzura ulaşmanın ve günlük sıkıntılardan uzaklaşmanın en kolay yolu olarak gösterilir. Oysa bu büyük bir aldatmaca ve göz boyamadır. Meditasyon yaptıkları süre boyunca dünya hayatına dair sıkıntılarını unutan insanlar, meditasyon bittiğinde aynı sıkıntılarla karşı karşıya kalırlar. Üstelik bu sıkıntıları unutmaya çalışmak, belki insanda geçici bir rahatlama sağlayabilir, ama onları yok etmez, geçici beyin uyuşturmanın faydası olmaz. Gerçek huzur ve mutluluğa ulaşmanın tek yolu Allah'a bir ve tek olarak iman etmek, O'nun yazdığı kadere teslim olmaktır. Allah dilemedikçe tek bir yaprağın dahi düşmeyeceğini bilen bir mümin için başına gelen herşey bir denemedir.İnsan 50-60 yıllık hayatı boyunca tüm yaptıkları ve yaşadıklarıyla denenmektedir. Sonsuz ahiret hayatında ise bunların karşılığını en adaletli şekilde alacaktır.
Allahın əzab verməyindən qorxan möminlər ancaq Ona qulluq edər, Onun əmrlərinə qeyd-şərtsiz tabe olar, pisliklərdən çəkinərək Rəbbimizi razı salacaq hərəkət edərlər. Bir insanın həqiqi mənada üstün əxlaqa sahib olmasının, öz mənfəətlərinə zidd olsa da gözəl əxlaqdan bircə addım da geri çəkilməməsinin yeganə yolu Allaha qarşı güclü bir sevgisinin və bağlılığının olması, Ondan qorxub çəkinməsi və Ona quluq etməkdə iradəli olmasıdır. Əks təqdirdə hər insanın özünə aid bəzi gözəl əxlaq xüsusiyyətləri ola bilər. Bunlar ya azdır, ya qısa müddət ərzində özünü göstərir, ya da bəzi səbəblərlə bağlıdır. Buddizmdə də insanlara bəzi gözəl davranışlar tövsiyə edilir. Ancaq bunların Allah dərgahında bir dəyəri olmaya bilər. Onu yoxdan yaradan Allahın varlığını nəzərə almayaraq Ona qarşı nankor olan bir insanın ətrafındakı insanlara bəzi yaxşılıqlar etməsinin nə dəyəri ola bilər ki? İnsanın etdiyi işlərin dəyəri olması üçün onun Allaha iman gətirməsi, etdiyi hər şeyi Onun razılığını qazanmaq üçün etməsi, Onun qədrini lazım olduğu kimi təqdir etməsi və Allahdan qorxub çəkinməsi lazımdır. Buna görə də möminlərin gözəl əxlaqı romantik təmayüllərə əsaslanmaz. Allahın Quranda da bildirdiyi kimi, onların ibadəti davamlı və fasiləsizdir:
"Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" ("Məryəm" surəsi, 76).
yoga
Bugün meditasyon ve yoga gibi mistik akımlar Batılı toplumlarda rağbet görmektedir. Oysa doğru yolu, iç huzurunu, vicdani rahatlığı ve mutluluğu elde etmenin yolu, böyle geçici beyin uyuşturma yöntemleri değil, Allah'a samimi bir kalple iman etmek, O'na gönülden teslim olmak ve tüm hayatını Allah'ın razı olacağı şekilde geçirmektir.
"Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?" ("Nəhl" surəsi, 52).
"Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir!" ("Kəhf" surəsi, 46).
"De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?”...
(Rad Suresi, 14)
"Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm...
(Bəqərə Suresi, 186)
... “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”."
(Şuəra Suresi, 72-74)
budistlerin dua bayrakları
Budist tapınaklarının çevresinde dört bir yana açılarak asılmış ipler üzerinde yüzlerce dua bayrağı görmek mümkündür. Budistlerin batıl inanışlarına göre bu bayraklar üzerinde yazılı olan dualar, rüzgarla etrafa taşınmakta ve böylece daha çok sevap kazanılmaktadır. Bu da diğer Budist inanışlar gibi batıl bir hurafedir. Çünkü Allah'ın varlığını inkar eden Budistler bu duaları kime ve niçin ettiklerini dahi açıklamaktan uzaktırlar. Oysa Allah Kuran'da, sadece bir ve tek İlah olan Rabbimize yapılan duaların kabul olacağını tüm insanlara hatırlatmıştır.
İnsanlar dünya həyatının müvəqqəti və aldadıcı bər-bəzəyinə həvəslə bağlanmaqdan çəkinməlidirlər. Çünki axirətdə insanların varlı olmasının, gözəlliyinin və dünyada sahib olduqları heç bir şeyin onlara xeyri olmayacaq. Torpağa basdırılan bədənləri çürüyəcək, malları dövr keçdikcə yox olacaq. O insanlar da başqa insanlar kimi hesaba çəkilmək üçün Rəbbimizin hüzuruna çıxacaq. Dünya həyatı çox qısadır. Hazırda 30 yaşında olan bir insana bu yaşına qədər nələr gördüyünü, nələr yaşadığını soruşsanız "hər şey çox sürətli keçdi" cavabını verəcək. Bu insan təxminən bunun kimi bir 30 il də yaşayacaq. Sonra həyatı qurtaracaq.
budizm
a) Budistler atalarından kalan gelenekleri eksiksizce uygular ve günlerini tapınakların etrafında dualar okuyarak, dua silindirleri çevirerek geçirirler. Ancak yaptıklarını bir kurtuluş yolu olarak gören Budistler gerçekte çok büyük bir aldanış içindedirler. Çünkü önünde secde ettikleri, tütsüler yakıp dilekte bulundukları taştan, tahtadan heykellerin onların dualarına cevap vermeleri, çağrılarını duymaları mümkün değildir.
b) Budizmin sapkın inanışlarından biri de, Buda adına yapılan mekanlarda düzenlenen garip törenlerdir. Bu putperest törenlerde Buda'nın taştan heykellerine tapılır. Oysa bu heykeller, insanlara ne bir yarar ne de bir zarar vermeye güç yetirebilirler. İnsan yapımı bu heykellerden medet ummak kuşkusuz akıl dışıdır. Ne var ki Budist öğretilerle beyni yıkanmış olan insanlar, bu kadar açık olan bir mantıksızlığı dahi farkedemeyecek konuma gelmişlerdir.
c) Budizmin batıl inanışları ve törenleri insanları hastalıklı bir ruh haline iter. Bilimden, teknolojiden, sanattan, estetikten kısaca medeniyetten uzak bir yaşam süren Budistler, yaktıkları mum ve kandillerle ibadet ettiklerini sanırlar. Oysa bu, büyük bir aldanıştan ibarettir.
d) Batıl Budist ritüellerine göre, resimdeki boncuklar kutsal kabul edilir. Budistler, Buda'ya yaptıkları dualarında (ki bu dualar onlara asla birşey kazandırmayacaktır) milyonlara varan tekrarlar yaparlar. Allah'ı unutup, O'nun yarattığı aciz bir kuldan medet uman bu topluluk –söz konusu sapkın inanışlarından vazgeçmedikleri sürece- kendilerini çok büyük bir azaba sürüklemektedirler.
e) Rahiplerin Budist halktan farklı olarak uyması gereken çok fazla kural vardır. Bunların en başında, öğle yemeğinden sonra ertesi güne kadar hiçbir şey yememek, kesintisiz her akşam meditasyon yapmak gibi uygulamalar gelmektedir. Bunların tümü hak dinde yeri olmayan ve hiçbir fayda getirmeyen, insanın fıtratına da aykırı garip ritüellerdir. Oysa Allah kullarına daima kolay olanı emreder. Rabbimiz ayetlerinde şöyle buyurur: Fakat kim verir ve korkup-sakınırsa, Ve en güzel olanı doğrularsa, Biz de onu kolay olan için başarılı kılacağız. (Leyl Suresi, 5-7)
f) Budistler, Buda'nın heykelinin karşısında garip ritüeller gerçekleştirirler. Bunlardan biri de yere yatılarak yapılan bir saygı gösterisidir. Bir tapınağa girildiğinde ilk yapılan hareketBuda heykelinin önünde eğilmek ve yüzü yere sürmektir. İslam ise müşrik toplulukların bu sapkın anlayışlarını reddeder ve kainatın tek sahibi, Rahman ve Rahim olan Rabbimize kulluk etmeyi emreder.Allah ayetlerinde şu şekilde buyurur: "Sen Rabbini hamd ile tesbih et ve secde edenlerden ol. Ve yakîn sana gelinceye kadar Rabbine ibadet et."(Hicr Suresi, 98-99)
g) Teleskopik trompet olarak tanımlanan radong, Budist ritüellerde çok önemli bir yer tutar. 4.5 metre uzunluğundaki bu çalgı Budist ayinler sırasında kullanılır. Adeta bir törenler, ayinler ve ritüeller dini haline gelmiş olan Budizm, bu gibi avuntularla insanları hem dünya hayatında hem de ahirette çok büyük bir kayba uğratmaktadır.
Allah ayələrdə diqqətləri dünyada yaşanan bu vaxtın qısalığına yönəltmiş, insanların axirətdə bunu açıq formada etiraf edəcəklərini bildirmişdir:
"Gündüz bir saat belə (dünyada) olmamışlar kimi bir yerə toplayacağı gün..." ("Yunus" surəsi, 45).
"Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər" ("Rum" surəsi, 55).
budist insanlar yaşam
a) Binlerce batıl kuraldan ve törenden oluşan, ahiret inancını tamamen göz ardı eden Budizm, bu sapkınlığa kapılanlarda büyük tahribat meydana getirmektedir. Budistlerin tüm batıl uygulamalarının yanısıra samimiyetsizliklerinin önemli bir göstergesi de uyguladıkları adaletsizliktir. Budizm'in yaygın olduğu ülkelerde, halk büyük bir yokluk ve sıkıntı çekerken, Buda adına inşa edilen putperest tapınaklar için büyük masraflar yapılmaktadır. Budizm'in ahiret inancını reddeden sapkın görüşleri, insanları ahlaki ve ruhi çöküntüye sürüklemekte, bu da kişilerin dış dünyadan tamamen kopuk, başkaları için adalet arayışında olamayacak bir halde yaşamalarına neden olmaktadır. Böyle karanlık ve kasvetli bir ruh haline sahip kişilerin, toplumun sorunlarına akılcı çözümler üretemeyeceği, onları aydınlığa ulaştıramayacağı ise açıktır.
b) Günümüzde Budizm bazı çevreler tarafından güzel ahlakın, yardımlaşmanın ve fedakarlığın yolu olarak görülür.Oysa Budist ülkelerde halkın yaşadıkları, bu propagandanın büyük bir aldatmaca olduğunu ortaya koymaktadır. Nepal'de, Tibet'te, Kamboçya'da ve diğer Budist ülkelerdeki halkın sefalet içinde yaşıyor olması, böyle bir yardımlaşma ve fedakarlığın uygulanmadığını açıkça göstermektedir.
c-d) Nepal, Budizm'in en güçlü olduğu ülkelerin başında gelmektedir.Ancak Nepal halkı çok büyük bir fakirlik içindedir. Örneğin Nepal'in Himalaya eteklerindeki Mustang bölgesinde insanlar çamurdan yapılmış, izbe, toprak evlerde yaşamaktadırlar.
Elə isə insanın qısa dünya həyatının keçici bər-bəzəyinə aldanıb sonsuz axirət həyatını yada salmaması çox böyük ağılsızlıqdır. Çünki insanın Allaha hesab verəcəyi gün qəti bir həqiqətdir. Allah "Yunus" surəsində belə buyurur:
"Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir!" ("Yunus" surəsi, 7-8).
Dünya həyatına aldanmayan, Allahın razılığını və sonsuz axirət həyatını seçənlərə isə Rəbbimiz bu cür müjdə verir:
"Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur" ("Şura" surəsi, 20).
Allah dünyada da insanlara nemətlərini verməsinə baxmayaraq ayələrində davamlı olaraq axirətin nemətlərini istəməyi nəsihət edir. Çünki onlar daha xeyirli və daha sürəklidir ("Taha" surəsi, 131).
"Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər...
(Yunus Suresi, 18)
"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər...
(Bəqərə Suresi, 165)
altın tapınak

İqtibaslar

1- Ebu Davud, Edeb 20 ; Müslim, Cihad 6; Kütüb-i Sitte, 7. cilt, s. 294
2- Ramuz El-Ehadis, cilt 1, s. 137
3- Buddhism, The Catholic Encyclopedia, cilt 3, Copyright © 1908 by Robert Appleton Company Online Edition Copyright © 1999 by Kevin Knight, http://www.newadvent.org
4- Edward Washburn Hopkins, The Religions of India, Boston, 1995, s. 319
5- Dr. Ali İhsan Yitik, Hint Kökenli Dinlerde Karma İnancının Tenasüh İnancıyla İlişkisi, s.130-131